Dünyaca məşhur geyim brendləri “Crescent Mall”da - Fotolar

dunyaca-meshur-geyim-brendleri-crescent-mallda
Oxunma sayı: 8015

“MyBrands” mağazalar şəbəkəsi satış nöqtələrini genişləndirməkdə davam edir.

“Qafqazinfo” xəbər verir ki, mayın 28-dən etibarən şəbəkənin bir neçə brend mağazası yeni açılmış “Crescent Mall”da alıcıların ixtiyarına verilib. 

Onların arasında “Tommy Hilfiger Jeans”, “Calvin Klein Jeans”, “Sisley”, “Atelier Rebul” və “Suwen” kimi dünyaca məşhur brendlər var. 

Qeyd edək ki, “MyBrands” ABŞ, Almaniya, Türkiyə və s. ölkə brendlərinin Azərbaycanda təmsilçisidir. Şirkət “Liu JO”, “Coccinelle”, “Tommy Hilfiger Jeans”, “Calvin Klein Jeans”, “Adidas”, “Monnalisa”, “Pablosky”, “Accessorize”, “Monsoon”, “United Colors of Benetton”, “Benetton Kids”, “Sisley”, “OVS”, “Atelier Rebul”, “Suwen” kimi məşhur markaları bir şəbəkədə birləşdirir. Bu mağazaların filialları Bakının digər öndəgedən ticarət mərkəzlərində illərdir uğurla fəaliyyət göstərir və alıcıların rəğbətini qazanıb. 

“MyBrands” mağazalar şəbəsinin məqsədi ən yüksəkkeyfiyyətli məhsullar istehsal edən dünya brendlərini geniş çeşiddə təqdim etməkdir. 

Şirkətin rəsmi Mybrands.az saytı isə Azərbaycanda ən böyük dəbli geyim və aksesuar saytlarından biridir.

İnstaqram: @mybrands.az .