İyulun 14-də (sabah) saat 17:00-da Qəbələdə dünyaca məşhur italyan brendi “New Holland” traktorlarının festivalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, festivalda “New Holland” traktorlarının sahədə şum edilməsi, fermerlər arasında yarış, müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.
Festivalda balacalar üçün uşaq əyləncə zonası təşkil olunacaq.
Festival gənc nəslin sevimlisi “Dervish Band” musiqi qrupunun konsert proqramı ilə davam edəcək, dj-li musiqi axşamı ilə yekunlaşacaq.
Festival Qəbələ rayonu, Soltannuxa kəndi, Soltannuxa dairəsində baş tutacaq.
Festivalda iştirak ödənişsizdir və hər kəs dəvətlidir.
Son xəbərlər
Son Xəbərlər