Dünyaca məşhur müğənni 32 dəfə cərimələnib

dunyaca-meshur-mugenni-32-defe-cerimelenib
Oxunma sayı: 2603

Dünyaca məşhur ABŞ-li müğənni Teylor Svift 32 dəfə cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Buna səbəb kimi müğənninin Nyu-Yorkdakı evinin qarşısında toplanan zibillər olub.

Teylor 3 mərtəbəli ev aldığı 2017-ci ildən  bəri 32 dəfə cərimə olunub.

Onun evinin yaxınlığından tapılan tullantılar arasında qəzetlər, butulkalar, kartonlar, salfetlər və siqaret qutuları var.