Dünyaca məşhur proqramdan Azərbaycana dəstək - Video

dunyaca-meshur-proqramdan-azerbaycana-destek
Oxunma sayı: 5921

TV 8-də yayımlanan dünyaca məşhur “Masterchef Türkiyə” layihəsinin bugünkü buraxılışında Azərbaycana dəstək ifadə ediləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Çanaqqala zəfərinə həsr olunan verilişdə illər əvvəl həmin döyüşdə Azərbaycan əsgərlərinin də şəhid olduğu vurğulanıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpası uğrunda aparılan döyüşlərdə uğur dilənib.

“Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara buradan salam göndəririk. Hamısına apardıqları mübarizədə uğurlar diləyirik”,- deyə təqdim olunan anonsda bildirilib.

Sonda Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu, bir-birini sıxan iki əl təsvir olunub. Fonda isə Xalq artisti Azərinin “Çırpınırdı Qara dəniz” ifası səsləndirilib.