Dünyaca məşhur rejisoor Bakcell-ə reklam çəkəcək

dunyaca-meshur-rejisoor-bakcell-e-reklam-cekecek
Oxunma sayı: 683

Son vaxtlar Pol Andersonun yaxın zamanda Bakıya gəlib çəkiliş aparacağı barədə gəzən şayiələr doğru çıxıb. Bir neçə gün əvvəl şəhərin ticarət mərkəzlərinin birində onun gəlişini bildirən reklam peyda olub. Həmin reklama görə, Anderson Bakıya Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti ilə birgə layihə çərçivəsində gələcək. Bildiyiniz kimi, Bakcell İngiltərənin Mançester Yunayted klubu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Çox güman ki, Pol Andersonun gəlişi həmin layihə ilə bağlıdır və o, Bakcell-in sifarişi ilə Mançester Yunayted haqqında video çarx çəkəcək.

Bu xəbər həqiqətə oxşayır, lakin Pol Andersonun hal-hazırda bir neçə layihə üzərində işlədiyini nəzərə alaraq, onun Bakıya gəlişinin əsas səbəbi hələ də məlum deyil. Buna baxmayaraq, dünyaca məşhur olan rejissorun Bakıya olan marağı olduqca sevindirici bir haldır. Və onun ulduz həyat yoldaşını bütün layihələrdə çəkmək adətini yada salsaq, Milla Yovoviçin də Bakıya gəlməsi istisna olunmur.