“Covid-19” virusuna yoluxanların sayı dünya üzrə 98 766-ya çatıb.
“Qafqazinfo” Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, son statistikalara əsasən dünya üzrə koronavirus xəstəliyindən ölənlərin sayı 3389-a çatıb. 55 664 nəfərin isə xəstəlikdən sağaldığı məlum olub.
Hazırda “Covid-19”dan əziyyət çəkən və müalicə alan şəxslərin sayı 39 713 nəfər təşkil edir. Bunlardan 6238 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yoluxma və ölüm hallarının sayına görə ilk yerləri Çin, Cənubi Koreya, İtaliya və İran tutur.
Son xəbərlər
Son Xəbərlər