Dünyada COVID-19-a yoluxanların sayı 190 milyonu ötdü

dunyada-covid-19-a-yoluxanlarin-sayi-190-milyonu-otdu
Oxunma sayı: 1027

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 190 milyonu ötüb.

Bu barədə “Qafqazinfo” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.  

Təşkilatın saytındakı məlumatlara əsasən, indiyədək 190 597 409 nəfər koronavirusa yoluxub, onlardan 4 093 145-i dünyasını dəyişib. Son sutka ərzində COVID-19 xəstələrinin sayı 427 576 nəfər, qurbanlarının sayı isə 7 145 nəfər artıb.

Dünyada COVID-19-a yoluxma sayına görə ABŞ liderlik edir. Bu ölkədə 33 723 155 nəfər koronavirusa yoluxub. İkinci yerdə Hindistan (31 144 229), üçüncü yerdə isə Braziliya (19 342 448) qərarlaşıb.

Ölüm hallarının sayına görə də ABŞ liderlik edir – 603 790 nəfər. İkinci yeri Braziliya (541 266), üçüncü yeri isə Hindistan (414 108) tutur.