Dünyada COVID-19-dan sağalanların sayı 40 milyonu ötdü

dunyada-covid-19-dan-sagalanlarin-sayi-40-milyonu-otdu
Oxunma sayı: 1008

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 58 milyonu ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 58 090 337 nəfər koronavirusa yoluxub, 1 380 759 nəfər bu virusdan dünyasını dəyişib, 40 256 633 nəfər sağalıb.

Hazırda dünyada 16 452 945 aktiv koronavirus xəstəsi var ki, onlardan da 102 303-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.