Dünyada COVID-19 qurbanlarının sayı 1 milyonu ötdü

dunyada-covid-19-qurbanlarinin-sayi-1-milyonu-otdu
Oxunma sayı: 1375

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişənlərin sayı 1 milyonu ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Hazırda dünyada COVID-19 qurbanlarının sayı 1 006 090 nəfər təşkil edir.

Bundan başqa, indiyədək 33 542 559 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 24 871 741 nəfəri sağalıb.

Dünyada 7 664 728 aktiv koronavirus xəstəsi var ki, onlardan da 65,403 –nün vəziyyəti ağır qiymətləndirilir.