Dünyada “COVID-19”a yoluxanların sayı 102 milyonu ötdü

dunyada-covid-19a-yoluxanlarin-sayi-102-milyonu-otdu
Oxunma sayı: 772

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 102 milyonu ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 102 034 768 nəfər koronavirusa yoluxub, 2 200 910 nəfər bu virusdan dünyasını dəyişib, 73 863 522 nəfər sağalıb.

Hazırda dünyada 25 966 876 aktiv koronavirus xəstəsi var ki, onlardan da 109 739-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.