Dünyada “COVID-19”a yoluxanların sayı 98 milyonu ötdü

dunyada-covid-19a-yoluxanlarin-sayi-98-milyonu-otdu
Oxunma sayı: 718

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 98 milyonu ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 98 086 978 nəfər koronavirusa yoluxub, 2 100 341 nəfər bu virusdan dünyasını dəyişib, 70 464 852 nəfər sağalıb.

Hazırda dünyada 25 521 785 aktiv koronavirus xəstəsi var ki, onlardan da 111 295-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.