“Dünyada iki böyük komanda var: “Real” və “Barselona”. Çünki bu klubların birində Kriştianu Ronaldo, birində Lionel Messi oynayır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri dünən Çempionlar Liqasının ¼ final mərhələsində “Real”a 0:3 hesabı ilə uduzan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib.
Mütəxəssis bildirib ki, komandası ikinci qola qədər yaxşı oynayıb: “Onların ikinci qoluna qədər yaxşı müdafiə olunduq və “Real”a az oynamağa imkan verdik. O zaman bir anlaşılmazlıq oldu və cəzasını ödədik. Hədəfimiz qarşımızdadır. Amma bu cür oyunlarda bir az da uğurlu olmaq lazımdır. Əgər kiçik epizodlardan yararlana bilmədinsə, şansınız azalacaq. “Real”la oyunda 2 qol vurub hesabı saxlamaq çətindir. Bu komandaya daha çox qol vurmaq lazımdır. Dibalanın qol şansı oldu, amma Ronaldo yarımşansdan istifadə etdi. Son oyunda qol vurubsa, bu sürpriz deyil”.
Alleqri bildirib ki, 3:0-dan oyunu çevirmək xəyaldır: “3:0 bizim üçün böyük hesabdır və geri dönüş etmək çətindir. Amma Serxio Ramos ikinci oyunu buraxacaq və 2:0 olsaydı, bu bizim işimizə yarayardı. Sabahdan etibarən A Seriyası və İtaliya Kuboku haqqında düşünməyə başlayacağıq”.
Son xəbərlər
Son Xəbərlər