Dünyada ilk dəfə canlı donordan ağciyər köçürüldü

dunyada-ilk-defe-canli-donordan-agciyer-kocuruldu
Oxunma sayı: 2449

Yaponiyanın Kyoto Universitetinin Xəstəxanasında ağciyərləri koronavirus səbəbindən ciddi zədələnən bir qadına dünyanın ilk canlı donor ağciyər transplantasiyası həyata keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat 11 saat davam edib və 30 nəfərlik bir heyət tərəfindən gerçəkləşdirilib.

Qadına əri və oğlu ağciyər vermək qərarına gəliblər. Hazırda onların vəziyyəti yaxşı qiymətləndirilir.

Xəstə iki ay içərisində xəstəxanadan evə buraxılacaq.

Qeyd edək ki, canlı donordan ağciyər transplantasiyası dünyada ilkdir və koronavirus səbəbindən ağciyərləri sıradan çıxan insanlara ümid olacağı ehtimal edilir.