Dünyada koronavirusa yoluxanların sayı 1 milyon yarımı ötdü

dunyada-koronavirusa-yoluxanlarin-sayi-1-milyon-yarimi-otdu
Oxunma sayı: 748

Dünya üzrə koronavirusa yoluxanların sayı 1 milyon 500 min nəfəri keçib.

“Qafqazinfo” worldometers.info saytına istinadən xəbər verir ki, hazırda Covid-19 daşıyıcılarının sayı 1 milyon 501 min 493 nəfərdir.

87 min 835 nəfər isə dünyasını dəyişib. Xəstəliyə qalib gələnlərin sayı 319 min 263 nəfərdir.