Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü

dunyada-koronavirusa-yoluxanlarin-sayi-15-milyonu-otdu
Oxunma sayı: 902

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 247 225 nəfər artaraq 15 012 731-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 4 286 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 619 150-yə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 948 513 nəfər) və Avropada (3 147 860 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.