Dünyada koronavirusa yoluxanların sayı 230 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 230 milyonu ötdü
Oxunma sayı: 517

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 456 mindən çox olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “worldometers.info” saytı məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində 456 min 457 nəfər yeni koronavirusa yoluxub, 8 min 205 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 230 milyon 279 min 332, ölənlər isə 4 milyon 721 min 668 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (120 min 579 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1927 nəfər) ABŞ-da qeydə alınıb.