Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu ötdü

dunyada-koronavirusa-yoluxanlarin-sayi-360-milyonu-otdu
Oxunma sayı: 761

Dünyada COVID-19-a yoluxanların sayı 360 milyon nəfəri keçib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 3 milyon 395 min 352 nəfər koronavirusa yoluxub, 10 min 176 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, yoluxanların ümumi sayı 360 milyon 578 min 392, ölənlərin isə 5 milyon 620 min 865 nəfərə çatıb.