Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçdi

dunyada-koronavirusa-yoluxanlarin-sayi-4-milyonu-kecdi
Oxunma sayı: 955

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb.

“Qafqazinfo” worldometer.info-ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 4 milyon 971 nəfərdir. Covid-19-dan ümumilikdə 275 min 352 nəfər dünyasını dəyişib. 1 milyon 375 min 955 nəfər isə xəstəliyə qalib gəlib.

Ən çox yoluxma (1 milyon 318 min 504 nəfər) və ölüm (78 min 492 nəfər) faktı ABŞ-dadır.