Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu ötdü

dunyada-koronavirusa-yoluxanlarin-sayi-42-milyonu-otdu
Oxunma sayı: 742

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 42 milyonu ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 42 460 208 nəfər koronavirusa yoluxub, 1 148 688 nəfər bu virusdan dünyasını dəyişib, 31 413 534 nəfər sağalıb.

Hazırda dünyada 9 897 960 aktiv koronavirus xəstəsi var ki, onlardan da 76 197-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də ÜST koronavirusu pandemiya elan edib.