Dünyada koronavirusa yoluxanların sayı 4,6 milyonu ötdü

dunyada-koronavirusa-yoluxanlarin-sayi-46-milyonu-otdu
Oxunma sayı: 897

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 600 min nəfəri ötüb.

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 4 milyon 604 min 282 nəfərdir. 307 min 256 nəfər virusdan dünyasını dəyişib. 1 milyon 739 min 164 nəfər isə xəstəliyə qalib gəlib.

Yoluxma sayına görə ölkələr ardıcıllığında ilk üçlükdə ABŞ, İspaniya və Rusiya qərarlaşıb. Ölüm faktına görə isə ABŞ, Böyük Britaniya və İtaliya ardıcıldır.