Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

dunyada-koronavirusa-yoluxanlarin-sayi-6-milyonu-otdu
Oxunma sayı: 861

Dünya üzrə koronavirusa yoluxanların sayı 6 milyon 33 min 861 nəfərə çatıb.

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, 213 ölkədə yayılan koronavirus pandemiyası bu günə qədər 366 min 891 nəfərin həyatına son qoyub. 2 milyon 661 min 164 nəfər infeksiya ilə mübarizədən qalib çıxıb.

Yoluxma və ölüm hallarına görə ABŞ ilk sırada yer tutur. Burada 104 min 542 nəfər dünyasını dəyişib, 1 milyon 793 min 530 nəfər isə koronavirusa yoluxub.

ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Braziliya (468 min 338 yoluxma , 27 min 944 ölüm), Rusiya (387 min 623 yoluxma, 4 min 374 ölüm), İspaniya (285 min 644 yoluxma, 27 min 121), Böyük Britaniya (271 min 222 yoluxma, 38 min 161 ölüm), İtaliya (232 min 248 yoluxma, 33 min 229 ölüm).