Dünyada koronavirusa yoluxanların sayı 700 minə çatır

dunyada-koronavirusa-yoluxanlarin-sayi-700-mine-catir
Oxunma sayı: 851

Dünyada koronavirus epidemiyasına yoluxanların sayı 664,103 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, 30,883 nəfər infeksiyadan ölüb, 142,361 nəfər isə xəstəlikdən sağalıb. 

COVİD-19 ümumilikdə 199 ölkədə qeydə alınıb.