Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

dunyada-koronavirusa-yoluxanlarin-sayinda-novbeti-rekord
Oxunma sayı: 2887

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 259 848 nəfər artaraq (rekord göstərici, daha əvvəlki iyulun 17-də qeydə alınıb) 13 876 441-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 7 360 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 593 087-yə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 306 371 nəfər) və Avropada (3 042 330 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.