Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

dunyada-koronavirusa-yoluxanlarin-sayinda-novbeti-rekord
Oxunma sayı: 2016

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 284 196 nəfər artaraq 15 296 926-ya yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 9 753 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 628 903-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (8 121 700 nəfər) və Avropada (3 170 382 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.