Dünyada koronavirusa yoluxma sayı 150 milyonu keçdi

dunyada-koronavirusa-yoluxma-sayi-150-milyonu-kecdi
Oxunma sayı: 1198

Dünya miqyasında koronavirusa yoluxma sayı 150 milyonu ötüb.

“Qafqazinfo” “Worldometers”ə istinadən xəbər verir ki, dünyada pandemiyaya yoluxanların sayı 150 milyon 34 min 213-ə yüksəlib.

ABŞ 32 milyon 957 min 255-lə yoluxmanın ən çox olduğu ölkədir.

Bu ölkəni 18 milyon 368 min 96 ilə Hindistan, 14 milyon 446 min 541 ilə Braziliya, 5 milyon 565 min 852 ilə Fransa, 4 milyon 787 min 273 ilə Rusiya, 4 milyon 751 min 26 ilə Türkiyə, 4 milyon 411 min 797 ilə İngiltərə, 3 milyon 994 min 894 ilə İtaliya, 3 milyon 504 min 799 ilə İspaniya, 3 milyon 351 min 474 ilə Almaniya, 2 milyon 905 bin 172 ilə Argentina, 2 milyon 804 min 881 ilə Kolumbiya, 2 milyon 776 min 927 ilə Polşa, 2 milyon 459 min 906 ilə İran, 2 milyon 333 min 126 ilə Meksika, 2 milyon 47 min 838 ilə Ukrayna, 1 milyon 775 min 62 ilə Peru, 1 milyon 657 min 35 ilə İndoneziya, 1 milyon 626 min 33 ilə Çexiya, 1 milyon 577 min 200 ilə Cənubi Afrika Respublikası, 1 milyon 481 min 323 ilə Niderland və 1 milyon 184 min 271 ilə Çili izləyir.

COVID-19 səbəbindən 3 milyon 158 min 322 nəfər həyatını itirib, 127 milyon 546 min 239 nəfər isə pandemiyaya qalib gəlməyi bacarıb.

19 milyon 329 min 652 xəstənin müalicəsi davam edir.