Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötüb

dunyada-koronavirusdan-olenlerin-sayi-3-milyonu-otub
Oxunma sayı: 952

Federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən ABŞ-ın Con Hopkins Universitetinə görə dünya miqyasında koronavirusdan ölənlərin sayı 3 milyonu ötüb.

"Qafqazinfo" xəbər verir ki, universitetin yayımladığı son statistikaya görə dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 3 milyon 225-ə çatıb. Dünya üzrə qeydə alınan yoluxma hallarının sayı isə 139.9 milyonu keçib.

Yoluxma və ölüm hallarına görə ABŞ dünya ölkələri arasında liderdir. Belə ki, ştatlarda bu günə qədər 32 milyon 305 min 912 nəfər koronavirusa yoluxub, 579 min 942 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.