Dünyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi

dunyada-koronavirusdan-olenlerin-sayi-300-mini-kecdi
Oxunma sayı: 732

Dünya üzrə COVID-19 yoluxucu xəstəliyindən ölənlərin sayı 303 413-ə çatıb.

“Qafqazinfo”nun “worldometers.info”ya istinadən xəbərinə görə, 213 ölkədə koronavirusa ümumilikdə 4 527 127 insan yoluxub. Onlardan 303 413-ü xəstəlik səbəbindən həyatını itirib, 1 705 815 pasiyent müalicə olunaraq sağalıb. Hazırda 2 517 899 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Yoluxma və ölüm hallarının sayına görə ABŞ ilk yerdə qərarlaşıb (1 457 593 yoluxma, 86 912 ölüm).

ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: İspaniya (272 646 yoluxma, 27 321 ölüm), Rusiya (252 245 yoluxma, 2 305 ölüm), Böyük Britaniya (233 151 yoluxma, 33 614 ölüm), İtaliya (223 096 yoluxma, 31 368 ölüm), Braziliya (203 165 yoluxma, 13 999 ölüm).