Dünyada koronavirusdan ölənlərin sayı 600 mini ötdü

dunyada-koronavirusdan-olenlerin-sayi-600-mini-otdu
Oxunma sayı: 979

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 229 780 nəfər artaraq 14 348 858-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 111 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 603 691-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 584 675 nəfər) və Avropada (3 079 218 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.