Dünyada koronavirusdan rekord ölüm qeydə alındı

dunyada-koronavirusdan-rekord-olum-qeyde-alindi
Oxunma sayı: 4135

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 294 237 nəfər artaraq 21 026 758-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində rekord sayda insan - 9 985 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 755 786-ya çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.