Dünyada koronavirusdan sağalanların sayı 15 milyonu ötdü

dunyada-koronavirusdan-sagalanlarin-sayi-15-milyonu-otdu
Oxunma sayı: 690

Dünya üzrə koronavirusdan sağalanların sayı 15 milyonu keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Worldometers” portalında məlumat verilib. Bildirilib ki, hazırda bu rəqəm 15 milyon 51 min 945-dir. Ümumilikdə isə 22 milyon 309 min 785 insan koronavirusa yoluxub. 784 min 380 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

Hazırda dünyada 6 milyon 471 min 956 aktiv koronavirus xəstəsi var.