Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1727

Dünyada koronavirusa yoluxanların ümumi sayı 20 401 468 nəfərdir, 741 998 xəstə dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers”də məlumat verilib.

Hazırda bütün dünyada 6 372 897 aktiv koronavirus xəstəsi var ki, onlardan da 64 662 -nin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək 13 286 573 nəfər koronavirusdan sağalıb.