Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1421

Dünyada son bir gündə koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 679 003 hal qeydə alınıb, “COVID-19”dan 10 367 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 136 996 364, ölüm hallarının sayı 2 951 832 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 949 496 nəfər virusa yoluxub. Daha sonra Hindistan (13 873 825) və Braziliya (13 517 808) gəlir.