Dünyada son bir gündə koronavirusa 878 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 878 386 hal qeydə alınıb, COVID-19-dan 14 572 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 150 110 310, ölüm hallarının sayı 3 158 792 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 889 171 nəfər virusa yoluxub. Daha sonra Hindistan (18 762 976) və Braziliya (14 521 289) gəlir.
Son xəbərlər
Son Xəbərlər