Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1311

Dünyada son bir gündə koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 643 735 hal qeydə alınıb, COVID-19-dan 10 912 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 158 651 638, ölüm hallarının sayı 3 299 764 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 396 273 nəfər virusa yoluxub. Daha sonra Hindistan (22 992 517) və Braziliya (15 184 790) gəlir.