Dünyada qaçqınların sayı rekord həddə

dunyada-qacqinlarin-sayi-rekord-hedde
Oxunma sayı: 717

BMT qaçqınların sayını göstərən statistikanı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, The Guardian nəşrinin yaydığı məlumata görə, dünyada qaçqınların sayı 65 milyon nəfəri keçib və bu ilk dəfədir ki, rekord həddə çatıb. BMT-nin hesablamalarına görə, 2015-ci ildə qaçqınların sayı bütün dünya üzrə 65,3 milyon nəfərə çatıb. Göstərilən rəqəmlərin, hətta Böyük Britaniyanın bütün əhalisindən daha çox olduğu vurğulanır.

Statistikaya görə, hazırda dünyadakı hər 113-cü adam qaçqın hesab edilir.

Aysel Kərimova