Dünyada qızıl ucuzlaşır

dunyada-qizil-ucuzlasir
Oxunma sayı: 985


“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, ABŞ-da qızılın unsiyasının iyun ayına olan fyuçerslərinin qiyməti 2,90 dollar ucuzlaşaraq 1191,40 dollara satılıb. Həftənin əvvəllərindən etibarən qiymət təxminən 1 faiz enib. Bu, son həftənin ən aşağı göstəricisidir.

Dünyanın fond bazarı Avropa korporasiyalarının və Nasdaq indeksinin uğurlu kvartal nəticələri səbəbindən tarixi maksimumları yeniləyir. Zəif dollar, ABŞ-ın iqtisadi göstəricilərinin pisləşməsi və Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi qızıl üçün əlverişli olsa da, bazar buna müsbət reaksiya göstərməyib.

Phillip Futures kompaniyasının analitiki Xaui Linin fikrincə, əgər Federal Ehtiyatlar Sistemi qətiyyət göstərərsə, qızılın qiymətinin daha kəskin ucuzlaşmasını gözləmək olar.