Dünyada son sutkada 334 mindən çox yoluxma

dunyada-son-sutkada-334-minden-cox-yoluxma
Oxunma sayı: 704

Dünyada son bir gündə koronavirusa 334 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 334 648 hal qeydə alınıb, “COVID-19”dan 10 702 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 106 555 206, ölüm hallarının sayı 2 333 446 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 832 826 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 858 371), Braziliya (9 548 079), Rusiya (4 012 710), Böyük Britaniya (3 972 152), Fransa (3 304 356), İspaniya (3 005 487), İtaliya (2 655 319), Türkiyə (2 548 195), Almaniya (2 299 996), Kolumbiya (2 161 462) və Argentina (1 985 501) gəlir.