Dünyada son bir gündə koronavirusa 376 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 376 569 hal qeydə alınıb, “COVID-19”dan 9 664 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 105 805 951, ölüm hallarının sayı 2 312 278 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 654 965 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 838 194), Braziliya (9 497 795), Rusiya (3 983 197), Böyük Britaniya (3 945 684), Fransa (3 282 220), İspaniya (2 913 425), İtaliya (2 636 738), Türkiyə (2 531 456), Almaniya (2 288 545), Kolumbiya (2 151 207) və Argentina (1 976 689) gəlir.
Son xəbərlər
Son Xəbərlər