Dünyada son sutkada 421 mindən çox yoluxma

dunyada-son-sutkada-421-minden-cox-yoluxma
Oxunma sayı: 665

Dünyada son bir gündə koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 421 407 hal qeydə alınıb, “COVID-19”dan 10 508 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 112 209 815, ölüm hallarının sayı 2 490 776 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 955 338 nəfər virusa yoluxub. Daha sonra Hindistan (11 046 914), Braziliya (10 257 875), Rusiya (4 212 100), Böyük Britaniya (4 144 581), Fransa (3 597 495), İspaniya (3 170 644), İtaliya (2 848 564), Türkiyə (2 665 194), Almaniya (2 414 687), Kolumbiya (2 233 589) və Argentina (2 080 824) gəlir.