Dünyada son sutkada 624 mindən çox yoluxma

Dünyada son sutkada 624 mindən çox yoluxma
Oxunma sayı: 424

Dünyada son bir gündə koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 624 353 hal qeydə alınıb, COVID-19-dan 16 079 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 96 267 473, ölüm hallarının sayı 2 082 745 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 24 225 155 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 625 428), Braziliya (8 638 249), Rusiya (3 677 352), Böyük Britaniya (3 543 650), Fransa (2 939 128), İtaliya (2 456 675), İspaniya (2 428 221), Almaniya (2 106 262), Kolumbiya (1 956 979), Argentina (1 831 681) və Meksika (1 688 944) gəlir.