Dünyada son sutkada koronavirusa 721 mindən çox yoluxma

Dünyada son sutkada koronavirusa 721 mindən çox yoluxma
Oxunma sayı: 539

Dünyada son bir gündə koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 721 896 hal qeydə alınıb, COVID-19-dan 11 711 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 152 534 452, ölüm hallarının sayı 3 198 528 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 047 478 nəfər virusa yoluxub. Daha sonra Hindistan (19 925 604) və Braziliya (14 725 975) gəlir.