Dünyada son sutkada koronavirusa 839 mindən çox yoluxma

dunyada-son-sutkada-koronavirusa-839-minden-cox-yoluxma
Oxunma sayı: 896

Dünyada son bir gündə koronavirusa 839 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 839 695 hal qeydə alınıb, COVID-19-dan 14 289 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 155 665 214, ölüm hallarının sayı 3 250 648 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 210 817 nəfər virusa yoluxub. Daha sonra Hindistan (21 491 598) və Braziliya (14 930 183) gəlir.