Dünyada son bir gündə koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 847 537 hal qeydə alınıb, COVID-19-dan 14 777 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 154 815 600, ölüm hallarının sayı 3 236 104 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 167 970 nəfər virusa yoluxub. Daha sonra Hindistan (21 077 410) və Braziliya (14 856 888) gəlir.
Son xəbərlər
Son Xəbərlər