Dünya üzrə koronavirusa son 24 saatda daha 106 min yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreysus açıqlama verib. Onun sözlərinə görə, 106 min yoluxma faktının üçdə ikisi 4 ölkədə (ABŞ, Rusiya, Braziliya, Hindistan) qeydə alınıb.
ÜST rəsmisi bildirib ki, bu artım bir çox ölkədə karantin tədbirlərinin yumşaldılmasından sonra müşahidə olunub. “Bu pandemiyada hələ ki, gedəcək yolumuz çoxdur”,- deyə o, sözlərinə əlavə edib.
Qeyd edək ki, bir sıra mütəxəssislər yoluxmaların həqiqi sayının dəfələrlə çox olduğunu, kifayət qədər test imkanları olmadığı üçün rəqəmlərin həqiqi vəziyyəti əks etdirmədiyini güman edir.
Son xəbərlər
Son Xəbərlər