Dünyada vaksinasiya ilə bağlı son vəziyyət

dunyada-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1053

Dünya miqyasında koronavirusa qarşı vurulan vaksin 3 milyard 930 milyon dozu ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ourworldindata.org” məlumat yayıb.

Bildirilib ki, Çin 1 milyard 570 milyon dozla ən çox vaksin vurulan ölkə olub.

Çini 441 milyon 910 min ilə Hindistan, 342 milyon 210 min ilə ABŞ, 134 milyon 540 min ilə Braziliya, 89 milyon 740 min ilə Almaniya, 83 milyon 880 min ilə İngiltərə, 79 milyon 380 min ilə Yaponiya, 69 milyon 690 min ilə Fransa, 68 milyon 507 min ilə Türkiyə, 65 milyon 890 min ilə İtaliya, 62 milyon 860 min ilə İndoneziya, 60 milyon 890 min ilə Meksika, 57 milyon 730 min ilə Rusiya və 54 milyon 250 min ilə İspaniya izləyib.

“Worldometers” saytında yayılan məlumata görə, dünya miqyasında yoluxma sayı 195 milyon 547 mini ötüb, 4 milyon 187 mindən çox insan isə pandemiyanın qurbanı olub.