Dünyada koronavirusa qarşı vurulan vaksin sayı 4 milyard 210 milyon dozu ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Ourworldindata.org” saytında yer alıb.
Çin 1 milyard 690 milyon dozla ən çox peyvənd vurulan ölkə olub.
Çini 472 milyon 220 min ilə Hindistan, 346 milyon 920 min ilə ABŞ, 142 milyon 560 min ilə Braziliya, 92 milyon 380 min ilə Almaniya, 89 milyon 110 min ilə Yaponiya, 85 milyon 340 min il İngiltərə, 74 milyon 70 min ilə Fransa, 74 milyon 13 min ilə Türkiyə, 69 milyon 200 min ilə İtaliya, 68 milyon 620 min ilə İndoneziya, 67 milyon 590 min ilə Meksika, 62 milyon 370 min ilə Rusiya və 56 milyon 800 min ilə İspaniya izləyib.
Son xəbərlər
Son Xəbərlər