Dünyada varlı insanların sayı artıb

dunyada-varli-insanlarin-sayi-artib
Oxunma sayı: 1157

Ötən ilin nəticələrinə əsasən, dünyada zəngin insanların sayı 10% artaraq 2,7 milyon nəfərə çatıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Wealth-X” şirkəti məlumat yayıb. Zəngin insanların ümumi sərvəti isə 26,6 trilyon dollar təşkil edir.

Ən çox varlı insanlar Şimali Amerikada (1,05 milyon nəfər), Asiyada (734 min nəfər) və Avropadadır (678 min nəfər).