Dünyada bu günə qədər koronavirusa yoluxanların sayı 22 milyonu ötüb.
“Qafqazinfo” xəbər verir ki, hazırda dünya üzrə yoluxanların ümumi sayı 22 milyon 052 min 773 nəfər təşkil edir. Dünyasını dəyişənlərin ümumi sayı 777 min 477 nəfərdir. 14 milyon 795 min 843 pasiyent isə COVID-19-a qalib gəlib.
Yoluxma və ölüm hallarının sayına görə birinci yerdə ABŞ (5 612 027 yoluxma, 173 716 ölüm ) qərarlaşıb.
Koronavirus statistikasına görə ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Braziliya (3 363 235 yoluxma, 108 654 ölüm), Hindistan (2 703 517 yoluxma, 51 936 ölüm), Rusiya (927 745 yoluxma, 15 740 ölüm), Cənubi Afrika (589 886 yoluxma, 11 982 ölüm), Peru (541 493 yoluxma, 26 481 ölüm).
Son xəbərlər
Son Xəbərlər