Dünyada yoluxmaya görə üçüncü, ölümə görə ikinci olan ölkədə maska qərarı

dunyada-yoluxmaya-gore-ucuncu-olume-gore-ikinci-olan-olkede-maska-qerari
Oxunma sayı: 2676

Braziliyada küçədə tibbi maska taxmaq tələbi ləğv edilir.

"Qafqazinfo" xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.

Qərara əsasən, noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.

Lakin qapalı məkanlarda - ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.

Qeyd edək ki, Braziliya yoluxma sayına görə dünyada üçüncü, ölənlərin sayına görə ikinci yerdədir.