“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atası da tanınmış iş adamı olan Sofia hələ körpəliyindən bəri dünyanı gəzməyə başlayıb. Real avtomobildən daha baha oyuncaq maşına, yüzlərkı körpəyə bəs edəcək oyuncağa sahib olan, anası ilə hər həftə gözəllik salonuna gedən balaca Sofianın lüks həyatına qısa bir nəzər salaq:
Sofia Ruthlandın media ilə tanışlığı ilk dəfə 19 Mart 2014-cü ildə dünyaya gəldikdən 2 gün sonra olub. Bu foto ilə məşhur ailə Sofianı dünyaya tanıdıb.

Hələ bir aylıq belə olmayan Sofia ailəsi ilə birlikdə Mərakeş tətilinə gedib. Körpə 2 aylıq olanda isə artıq Kannda səfərdə olub.

Anasının 30-cu doğum gününü qeyd etmək üçün bu dəfə də Monakoya gedən Sofia yay istirahəti üçün məşhurların göz bəbəyi olan İbizada kameralara poza verib.

Tətildən sonra xüsusi təyyarə ilə Londona qayıdan Sofia Kensinqtonda ailəsi ilə birlikdə 70 milyonluq bir malikanədə yaşayır. Kiçik şəhzadə Nyu York, Dubay səyahətlərindən sonra yeni ili vətənində qeyd edib. Ailəsi ona xüsusi şaxta baba ilə yanaşı bahalı Bentley oyuncaq maşını hədiyyə edib.

Növbəti səfər isə atasının doğum gününü qeyd etmək üçün İtaliyada Como gölünün sahilləri idi. Öz bahalı oyuncaqlarını elə də bəyənməyən Sofianın ən sevimli əyləncəsi olduqca qiymətli texnoloji vasitələr və anasının bir neçə min dollarlıq marka çantaları və ayaqqabılarıdır.

Kannda məşhur dizaynerin hazırladığı şəxsi qarderobu olan qızcığazın malikanədə oyun otağı da var. Dırnaqlarına xüsusi baxım edilən balacanın son səfəri yenidən Gstaada olub.

Günel Hacı
Son xəbərlər
Son Xəbərlər